Ukrayna ordusu uğurla əks-hücum edirbackend

Ukrayna ordusu uğurla əks-hücum edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri əks-hücumlar zamanı həm Baxmut şəhərinin özündə, həm də onun ətrafında bir sıra lokal uğur qazanıb.

Bunu hərbi müşahidəçi Aleksandr Kovalenko yazır. Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri Baxmutda həm şimal, həm də cənub müdafiə sektorunda bir neçə çox uğurlu əks-hücum həyata keçirə bilib. Düşmən isə əksinə, bölmələrinin hücuma keçdiyi istiqamətlərdə irəliləyə bilməyib.

“İşğalçılardan artilleriya atəşinin intensivliyi yüksək olaraq qalır. Hava zərbələrinin köməyi ilə hündürmərtəbəli binaların “möhürlənməsinə” cəhdlər davam edir. Bir çox məhəllələr sadəcə olaraq mövcud deyil”, – ekspert bildirib. Ukrayna qüvvələri həmçinin İvanovskoye və Xromovo yaşayış məntəqələri və onlardan keçən iki əsas yol üzərində nəzarəti əlində saxlayır.

Çasov Yar şəhəri yaxınlığındakı körpünün partladılması Ukrayna Silahlı Qüvvələri üçün narahatlıq yaratsa da, həll yolları və bərpa imkanları nəzərə alınmaqla, kritik problem deyil. “Beləliklə, qeyd etmək olar ki, son bir neçə gündə Ukrayna Müdafiə Qüvvələri şəhərdəki mövqelərini aydın şəkildə yaxşılaşdırıb, ruslar isə Baxmutda heç bir ciddi uğur əldə etməyiblər”, – Kovolenko deyib.

//Samir Qurbanov,Editor.az