Ukrayna ordusu “Vaqner”in tanınmış muzdlusunu məhv etdi – Fotobackend

Ukrayna ordusu “Vaqner”in tanınmış muzdlusunu məhv etdi – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Vaqnerin “Vax” çağırış nişanlı muzdlusu Vladimir Andanovu məhv edib.

Bu barədə Feysbukda Ukrayna Silahlı Qüvvələrinin Strateji Komandanlığı məlumat yayıb.

“Rusiya təbliğatçılarının sevimlisi, “Vaqner”in muzdlu əsgəri, Buryatiyadan olan Andanov Volodimir “Vax”a rəsmən demilitarizasiya edilib”, – məlumatda deyilir.

Andanov 2014-cü ildə könüllü kimi Donbasa gedib. O, Debaltsevo uğrunda döyüşlərdə olub, Loqvinovoda Ukrayna ordusunun hərbi əsirlərinin gülləbaran edilməsində iştirak edib.

Teleqraf.com