Ukrayna ordusu Xerson vilayətinin sol sahilində irəliləməyə davam edir – Amerika Müharibənin Tədqiqi İnstitutubackend

Ukrayna ordusu Xerson vilayətinin sol sahilində irəliləməyə davam edir – Amerika Müharibənin Tədqiqi İnstitutu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbçiləri Xerson vilayətinin sol sahilində irəliləməyə davam edir. İndi döyüşlər Krınki kəndi yaxınlığında davam edir.

Editor.az Amerika Müharibənin Tədqiqi İnstitutunun analitiklərinə istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində irəliləməsi rus milibloqları tərəfindən təsdiqlənib. Onların sözlərinə görə, ukraynalı döyüşçülər Krinokinin qərb hissəsi yaxınlığında nəzarət zonasını genişləndirə bilib.

Analitiklər qeyd edirlər ki, işğalçı qüvvələr TOS-1A Solntsepek ağır alov qurğusundan olan termobarik sursatlarla Müdafiə Qüvvələrinin mövqelərinə zərbələr endirməkdə davam edir. Bundan əlavə, Rusiya mənbələrinin məlumatına görə, Ukrayna qüvvələri Poyma (Xersonun 12 km şərqində və Dnepr çayından 4 km) və Pesçanovka (Xersonun 13 km şərqində və Dnepr çayından 3 km) istiqamətində də hücumlar həyata keçirib.

//Samir Qurbanov, Editor.az