Ukrayna ordusunda ciddi silah çatışmazlığı var – Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) nümayəndəsibackend

Ukrayna ordusunda ciddi silah çatışmazlığı var – Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) nümayəndəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusunda ilk növbədə artilleriyada ciddi silah çatışmazlığı var.

Editor.az bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) nümayəndəsi Amerikanın “The Wall Street Journal” (WSJ) qəzetinə bildirib. Nəşrin həmsöhbətinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin (USQ) atdığı hər bir mərmiyə hazırda on Rusiya mərmi düşür.

USQ nümayəndəsinin dediyi kimi, Ukrayna qoşunları indi bütün növ texnika çatışmazlığı səbəbindən “son dərəcə əlverişsiz vəziyyətdədir”. WSJ-nin Kiyevdəki digər həmsöhbətləri deyiblər ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri ABŞ-ın hərbi yardımı azaldacağından qorxaraq sursata qənaət etməlidir.

Ukraynalı hərbçilərdən biri vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin ötənilki uğursuz genişmiqyaslı əks-hücum cəhdindən sonra onların canlı qüvvə və texnika ehtiyatları xeyli tükənib və buna görə də Ukrayna müdafiə mübarizəsi aparmağa məcbur olub. WSJ-nin məlumatına görə, belə şəraitdə ölkə Rusiya ərazisi də daxil olmaqla, dron hücumlarına diqqəti yönəldib.

//Samir Qurbanov, Editor.az