Ukrayna ordusundan Kurskda uğurlu əməliyyatbackend

Ukrayna ordusundan Kurskda uğurlu əməliyyat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ordusunun Kursk vilayətində yerləşən anbarlarına uğurla hücum edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, aprelin 7-də aviasiya Ozerki kəndindəki anbarlar kompleksinə zərbələr endirib, anqarları, bir neçə hərbi tikili və texniki avadanlıqları sıradan çıxarıb. İHA ekipajları və təmirçilər də daxil olmaqla, 30-dan çox rus işğalçısı öldürülüb: “Bu obyektin məhv edilməsi Rusiya Federasiyasının Sumı vilayətində və Kursk istiqamətində Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinə qarşı döyüş əməliyyatları aparmaq imkanlarını əhəmiyyətli dərəcədə azaldır.

Ukrayna müdafiəçiləri düşmənin faktiki hərbi hədəflərinə zərbələr endirir və mülki əhalinin maksimum müdafiəsini təmin etmək üçün bütün tədbirləri görür”.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, aprelin 7-nə Rusiya qoşunlarının Ukraynadakı ümumi itkiləri təxminən 926 310 əsgər olaraq qiymətləndirilir. “Xortitsa” Əməliyyat-Strateji Qüvvələr Qrupunun məlumatına görə, bu ilin ilk üç ayında işğalçıların Ukrayna ərazisinin hər kvadrat kilometrinə düşən orta itkiləri 146 əsgər, bir tank, iki döyüş zirehli texnikası və 4,5 silah təşkil edib.

//Samir Qurbanov, Editor.az