Ukrayna ordusundan QƏFİL HÜCUM: 200 rus əsgəri öldürüldü – VİDEObackend

Ukrayna ordusundan QƏFİL HÜCUM: 200 rus əsgəri öldürüldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Kiyev vilayətində uğurlu hərbi əməliyyat həyata keçirib.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.Qeyd edilir ki, Ukrayna ordusu Kiyevin şimalında rus işğalçılarını 25-35 km geri çəkilməyə məcbur edib:

“Onlar hücuma davam edirlər və qələbə əldə edirlər. Az öncə cəbhədən daha bir şad xəbər gəldi: Ukrayna ordusu Barışevski rayonunda Lukyanovka kəndini işğaldan azad edib”.

Lukyanovkada 200 rus əsgərinin olduğu, əksəriyyətinin məhv edildiyi, qalanlarının isə qaçdığı bildirilib:

“Əsgərlərimiz 3 tank və 9 PDM məhv edib, bir MT-LB isə qənimət götürülüb. Düşmənin atıb qaçdığı digər tankların yararlı olub-olmadığı yoxlanılır”.

Hazırda hücumun davam etdiyi bildirilir.

Axar.az