Ukrayna ordusunun Baş Qərargahı: “Rusiya Xarkov vilayətinə hücuma keçib”backend

Ukrayna ordusunun Baş Qərargahı: “Rusiya Xarkov vilayətinə hücuma keçib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Belqorod vilayətindən 76-cı desant-hücum diviziyasının iki batalyon-taktiki qrupu İzyum şəhərinə göndərilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahdan qeyd olunub ki, İzyum bölgəsində (Xarkov vilayəti) 1-ci tank ordusunun, Qərb Hərbi Dairəsinin 20-ci Ümumqoşun Ordusunun, Şərq Hərbi Dairəsinin və hava-desant qüvvələrinin 35-ci Ümumqoşun Ordusu və 68-ci Ordu Korpusunun bölmələri Barvenkovo istiqamətində hücum fəaliyyətlərini icra ediblər.