Ukrayna ordusunun dağılma təhlükəsi varbackend

Ukrayna ordusunun dağılma təhlükəsi var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və müttəfiqlərinin hələlik Ukraynaya dəstək planı Ukrayna ordusunun dağılmamasını təmin etməkdən ibarətdir.

Editor.az bildirir ki, bu qənaətə “Politico” nəşri Münhen konfransında səkkiz amerikalı konqresmen və digər ölkələrin beş rəsmisi ilə söhbəti əsasında gəlib.

Nəşrin qeyd edir ki, çoxları Ukraynanın qələbəsinin necə görünməsi və bunun nə vaxt baş verə biləcəyi sualından yayınıb. Mənbələrdən biri qeyd edib ki, ABŞ birgə işləyən sevincli müttəfiqlərin şəkillərini istəyir, lakin “ABŞ-ın real dəstəyi olmadan, ABŞ rəhbərliyi olmadan bu, çox çətin olacaq”.

“Politico”ya görə, Respublikaçılar və Demokratlar müttəfiqlərini Nümayəndələr Palatasının sonda Ukraynaya yardımı təsdiqləyəcəyinə inandırıblar. Bəziləri bunun mart ayında baş verəcəyini iddia edirdilər. Nəşr qeyd edir ki, Münhen konfransında “Ukraynanın pisləşən döyüş meydanı perspektivləri və Amerikanın Kiyevi dəstəkləmək öhdəliyi ilə bağlı suallar üstünlük təşkil edirdi”.

Bir çox siyasətçilərin ABŞ-ın köməyi olmadan Ukraynanın uğursuzluğa düçar olacağını iddia etdiyi bildirilir, lakin onlar hətta kömək olsa belə, “Ukraynanın qələbəsinin necə görünəcəyinə əmin deyildilər”. Bəzi amerikalı siyasətçilər Avropanı silahlarını artırmağa çağırıblar. Belə ki, respublikaçı senator J.D.Vens bildirib ki, ABŞ Ukraynanı silahlandırmaq və eyni zamanda özünü müdafiə etmək üçün kifayət qədər silah istehsal edə bilməz. O, Avropanı “bundan sonra özünü təmin etməyə” və addım atmağa çağırıb.

//Samir Qurbanov, Editor.az