Bir neçə gün əvvəl rus qoşunları bütün təmas xətti boyunca aktiv əməliyyatlara başladığından Ukrayna Silahlı Qüvvələrinin irimiqyaslı hücumu artıq faktiki olaraq başa çatıb.
Editor.az bildirir ki, bu fikri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya səsləndirib. “Artıq bir neçə gündür ki, Rusiya qoşunları demək olar ki, bütün təmas xətti boyunca aktiv döyüş əməliyyatlarına keçib.
Beləliklə, Ukraynanın qondarma hücumu artıq başa çatmış hesab edilə bilər”, – deyə diplomat BMT-nin Ukraynaya Qərb silahlarının verilməsi məsələsi ilə bağlı keçirilən iclasında bildirib.
Xatırladaq ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski artıq faktiki olaraq Ukrayna Silahlı Qüvvələrinin hücumunun uğursuzluğunu etiraf edib və bunun böyük itkilərə görə xoşbəxt sonluqla bitməyəcəyini bildirib.
//Samir Qurbanov, Editor.az

