Prezident Vladimir Putin Ukrayna ordusunun Rusiyaya zərbə endirmək üçün Qərbin uzaqmənzilli silahlarından istifadə perspektivləri ilə bağlı sualı cavablandırıb.
Onun sözlərinə görə, bu cür silahlardan istifadəyə icazə NATO ölkələri, ABŞ və Avropanın Rusiya ilə müharibə vəziyyətində olması demək olar. Prezident izah edib ki, Ukrayna hərbçiləri təkbaşına uzaqmənzilli silahlardan istifadə edə bilməzlər Vladimir Putin deyib ki, Ukrayna hərbçiləri Qərb istehsalı olan müasir uzaqmənzilli, yüksək dəqiqlikli sistemlərlə zərbələr endirmək iqtidarında deyil.
Onun sözlərinə görə, bu, həmin silahların istifadəsi üçün yalnız ABŞ və Avropa İttifaqı ölkələrinin malik olduğu peyk kəşfiyyatının tələb olunması ilə bağlıdır. Bundan əlavə, yalnız NATO hərbçiləri uzaq mənzilli raket sistemlərinə uçuş missiyalarına daxil ola bilər, Vladimir Putin deyib. “Buna görə də söhbət Ukrayna rejiminin Rusiyaya bu silahlarla zərbə endirməsinə icazə və ya icazə verməməkdən getmir. Məsələ NATO ölkələrinin hərbi münaqişədə birbaşa iştirak edib-etməməsi ilə bağlı qərar verməkdir”, – deyə prezident bildirib. Onun sözlərinə görə, bu ölkələrin münaqişədə “birbaşa iştirakı” onun mahiyyətini “əhəmiyyətli dərəcədə dəyişir”. “Bu o demək olacaq ki, NATO ölkələri, ABŞ, Avropa ölkələri Rusiya ilə müharibə vəziyyətindədir. Əgər belədirsə, o zaman bu münaqişənin mahiyyətindəki dəyişikliyi nəzərə alaraq, müvafiq qərarlar qəbul edəcəyik”, – deyə Vladimir Putin yekunlaşdırıb.
//Samir Qurbanov, Editor.az