Ukrayna ordusunun şəxsi heyətinin 60 % müharibəyə cəlb olunacaqbackend

Ukrayna ordusunun şəxsi heyətinin 60 % müharibəyə cəlb olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə Planlaşdırılması Baş İdarəsinin rəisi, briqada generalı Yevgeni Ostryanski Baş Qərargahın ştatını 60% ixtisar etmək planlarını açıqlayıb. İxtisara bir sıra hərbi təşkilati strukturların ləğvi, yenilərinin formalaşdırılması, eləcə də mövcud strukturların optimallaşdırılması daxildir.

“Buraxılan şəxsi heyətlə əlaqədar əməliyyat-taktiki səviyyələrdə idarəetmə orqanlarının, eləcə də döyüş hərbi hissələrinin komplektləşdirilməsi nəzərdə tutulur. Bu, öz növbəsində, döyüş bölgəsində uzunmüddətli döyüş tapşırıqlarını yerinə yetirən bölmələrin rotasiyasını həyata keçirməyə imkan verəcək”, – Editor.az bildirir ki, bu baədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd edək ki, mayın 18-dən Ukraynada səfərbərlik haqqında yeni qanun qüvvədədir. Bu, 18-60 yaş arası bütün kişilərdən hərbi şəxsiyyət vəsiqəsini daşımağı tələb edir. 2025-ci ildən ölkədə kişilər üçün məcburi, qadınlar üçün isə könüllü əsas birləşmiş silah hazırlığı da tətbiq olunacaq ki, bu da universitet təhsilinin bir hissəsinə çevriləcək. Bundan əlavə, yeni qanun “məhdud uyğunluq” kateqoriyasını aradan qaldırır. Əvvəllər bu statusu almış bütün ukraynalılar möhlət hüququnu itiriblər və tibbi komissiyadan yenidən keçmələri tələb olunur, nəticəyə görə onlar xidmətə yararlı və ya yararsız hesab edilirdilər.

//Samir Qurbanov, Editor.az