Ukrayna orduunun hücumu başlayanda “Axmat” xüsusi təyinatlıları mövqelərini qoyub qaçıb?backend

Ukrayna orduunun hücumu başlayanda “Axmat” xüsusi təyinatlıları mövqelərini qoyub qaçıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Axmat” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov bildirib ki, onun bölmələri hələ də Rusiya-Ukrayna sərhədindədir.

O, Kadırovun batalyonlarının Ukrayna SQ hücumu başlayandan dərhal sonra mövqelərini tərk etməsi ilə bağlı ittihamlara belə cavab verib. O, videomüraciətində əmin edir: “Sərhəddə olan bütün bölmələrimiz hələ də öz mövqelərindədirlər”. Alaudinovun sözlərinə görə, sərhəd hücumu onların mövqelerinddən uzaqda baş verib və yalnız bundan sonra “düşmən birbaşa texnika ilə ayağa qalxıb” və keçid məntəqələrini darmadağın edib.

“Axmat” komandiri etiraf edib ki, Rusiya artıq bir neçə yaşayış məntəqəinə nəzarət etmir. Eyni zamanda, o, “kritik və ya faciəli heç nə baş verməyib” – deyə əmin edir: “Düşmən mümkün qədər irəliləməyə çalışır, o, Belarus sərhədindən hamını və hər şeyi bura cəmləşdirib”.

//Samir Qurbanov, Editor.az