Ukrayna PA rəhbəri: Müharibəni payızın sonuna qədər bitirməliyik, çünki…backend

Ukrayna PA rəhbəri: Müharibəni payızın sonuna qədər bitirməliyik, çünki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Payızın sonuna qədər müharibənin aktiv fazasına son qoyulması həyati əhəmiyyət kəsb edir. Çünki Rusiyanın ölkənin istilik və elektrik infrastrukturuna zərbə endirməsi riski var.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib.
“Təbii ki, belə risklər (istilik obyektlərinə hücumlar – red.) müharibə boyu davam edir. Rusiya ordusu bizim infrastruktur obyektlərimizə hücumlarını davam etdirir. Bu, onların məqsədlərindən biridir və hətta bunu gizlətmirlər.

Müharibənin aktiv fazasını payızın sonuna qədər bitirmək üçün maksimum tədbirlər görmək istəməyimizin səbəblərindən biri də budur”.
Yermak əlavə etdi ki, bu, çətin və iddialı, lakin həyati vacib bir işdir. Onun sözlərinə görə, Ukrayna işğaldan azad edilmə məqsədlərinə nail olmaq üçün əlindən gələni edir və bu barədə tərəfdaşlarını məlumatlandırır. Rusiya Federasiyasının hərbçiləri Ukrayna ərazisində nə qədər uzun müddət qalacaqlarsa, bu əraziləri işğaldan azad etmək də bir o qədər çətin olacaq.

Editor.az