Əgər Ukrayna Şimali Atlantika Alyansına qoşulmaq fikrindən əl çəksə və Moskvanın demilitarizasiya təklifini qəbul etsə, indiki ərazilərini saxlayacaq.
Editor.az bildirir ki, bu barədə “Asia Times” yazıb. Nəşr qeyd edir ki, Ukrayna indi gözümüzün önündə “parçalanır” və bu, döyüş meydanında böyük itkilərlə bağlıdır. Jurnalist Stiven Brayan hesab edir ki, Kiyev Moskva ilə razılığa gəlməlidir, əks halda Ukrayna hakimiyyəti üsyanla üzləşməli olacaq.
Məqalə müəllifi həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ərazisinə hücum qərarı da daxil olmaqla kritik səhvlərini qeyd edir. Nəşr vurğulayır ki, Rusiya tərəfi ilə sülh danışıqları aparmaq üçün Kiyev demilitarizasiyaya razı olmalıdır.
Xatırladaq ki, ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skott Ritter də Ukrayna prezidenti ilə onun generalları arasında fikir ayrılığının, eləcə də Ukrayna Silahlı Qüvvələrinin qələbələrinin olmamasının ölkə daxilində ciddi münaqişəyə, o cümlədən vətəndaş müharibəsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
//Samir Qurbanov, Editor.az

