Ukrayna parlamentarilərindən Ruben Vardanyanın beynəlxalq Nobel sülh mükafatına namizəd göstərilməsinə reaksiya: Dünya ağlını itiribbackend

Ukrayna parlamentarilərindən Ruben Vardanyanın beynəlxalq Nobel sülh mükafatına namizəd göstərilməsinə reaksiya: Dünya ağlını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə siyasətin nümayəndələri əmindirlər: Putinlə dostluğu ilə öyünən adamın Dalay Lama, Tereza Ana və Henri Kissincer kimi mükafatçılar və tarixi şəxsiyyətlərin yanında yer yoxdur. Onlar Rusiyayönlü fikirləri ilə tanınan siyasətçi və iş adamının namizədliyinin rədd edilməsini tələb edirlər.

Editor.az xəbər verir ki, bu barədə “Kanal 5” məlumat yayıb. İmzalayanlar korrupsiya qalmaqallarında iştirak edən, Rusiya təcavüzünün sponsoru və Ukraynanın düşməni olan şəxsin mükafata təqdim olunmasını qəbuledilməz və absurd hesab edirlər. Xalq deputatlarının Ruben Vardanyanı bu cür xarakterizə etməyə əsasları var. 2019-cu ildə Avropa Parlamentinin 22 üzvü onun “Kremllə əməkdaşı” kimi sanksiyalar siyahısına salınması təşəbbüsü ilə çıxış ediblər. 2022-ci ildə ABŞ Konqresinin 46 üzvü Kremlin əsas təbliğatçısı Marqarita Simonyanla birlikdə Vardanyanı da sanksiyalar layihəsinə daxil edib.

Daha sonra Volodimir Zelenskinin fərmanı ilə Vardanyan Ukraynanın sanksiya siyahısına bu sözlərlə daxil edilib: “Sistem əhəmiyyətli Rusiya şirkətinin yüksək rəhbərliyi… Ukrayna.” 2023-cü ildə UTX Ruben Vardanyanı “Sülhməramlı” məlumat bazasına əlavə edib və qeyd edib ki, o, “dərhal Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir”. “Bu gün Sülhməramlıda – sabah Nobel Mükafatına namizədlərdə!”, – “Xalqın xidmətçisi” partiyasından olan deputat Vladimir Vatras şəxsi Facebook səhifəsində yazıb. “Bəzən mənə elə gəlir ki,dünya ağlını itib. Keçən il Don Donu, bu il Vardanyanı, gələn il isə Putini Nobel Sülh Mükafatına namizəd göstərə bilərsən…” – onun partiya həmkarı Anna Skoroxod səslənib. Məktub müəllifləri Vardanyanın namizədliyinin təşəbbüskarlarının Rusiyanın təsir agentləri olduğuna diqqət çəkirlər.

Bunun Paşinyanla potensial rəqabət apara biləcək “Putinin adamı”nın reputasiyasına ağartma əməliyyatı olduğunu Rusiya Federasiyasından olan ilkin mənbələr – “Sputnik” və RBC xəbərlərin informasiya məkanına “başlatması” sübut edir. Sonuncunun sahibi Qriqori Berezkin də Aİ, Kanada, Britaniya və Avstraliyanın sanksiyaları altındadır.
Hələlik Nobel Komitəsi Ukrayna parlamentarilərinin məktubuna cavab verməyib.

//Samir Qurbanov, Editor.az