Ukrayna Ali Radasında hərbi vəziyyət dövründə kişilərin ölkədən çıxış qaydalarını dəyişməyi nəzərdə tutan qanun layihəsi №13685 qeydiyyata alınıb.
Editor.az xəbər verir ki, layihəyə əsasən, 25 yaşınadək çağırışçı və hərbi öhdəlikli şəxslərdən yalnız bu və gələn il ərzində çağırışa cəlb olunmayan kateqoriyaya aid olanlara ölkədən çıxmağa icazə veriləcək.
Sənəd “Ukrayna vətəndaşlarının Ukraynadan çıxışı və Ukraynaya girişi qaydası haqqında” qanuna dəyişikliklər nəzərdə tutur və müharibə və ya fövqəladə vəziyyət dövründə çağırışçıların ölkədən çıxışına qoyulan məhdudiyyətlərlə bağlıdır.
Qanun layihəsinin müəllifləri arasında Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fedor Venislavski də var.
//Samir Qurbanov, Editor.az

