Ukrayna partizanları bir qrup rus hərbçisini məhv edibbackend

Ukrayna partizanları bir qrup rus hərbçisini məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Kirillovka bölgəsində partizanlar bir qrup rus hərbçisini məhv ediblər.

Editor.az bildirir ki, bu haqda Milli Müqavimət Mərkəzi (MMM) məlumat yayıb. Məlumatda deyilir: “Partizanlar müvəqqəti işğal olunmuş ərazilərdə işini davam etdirir. Kirillovkada onlar şəhərdəki evlərdən birini zəbt etmiş bir qrup rus əsgərini məhv etməyə nail olublar.

Yaralılar da var”. MMM qeyd edir ki, onlar Rusiya hərbçilərinin harada yaşadığı və köçdüyü barədə məlumat verən VOT rezidentlərinə minnətdardırlar.

//Samir Qurbanov, Editor.az