Ukrayna partizanları Melitopolda “Kadırovçı”ların olduğu avtomobili partladıblarbackend

Ukrayna partizanları Melitopolda “Kadırovçı”ların olduğu avtomobili partladıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Melitopol bölgəsində müqavimət qüvvələri Kadırovun silahlılarının olduğu avtomobili partladıb.

Editor.az bildirir ki, bu barədə noyabrın 27-də Melitopol şəhərinin meri İvan Fedorov Telegram-da məlumat verib. “Keçən həftəsonu Mirnoye kəndi yaxınlığında yerli sakinlər atışma eşidiblər. Sonradan məlum olub ki, atışma partizanlarla işğalçılar arasında olub.

Bundan sonra Kadırovun adamları kömək gözləyiblər. Lakin onların “Niva”sı “gözlənilmədən” partlayıb”, – Fedorov yazıb. Onun sözlərinə görə, işğalçıların avtomobili yanıb və qurbanların sayı müəyyənləşdirilir. “Rusların işğal olunmuş ərazilərdə müqavimət hərəkatını yatırtmaq və ya insanları qorxutmaq üçün bütün cəhdlərinə baxmayaraq, düşmənin məhvisistemli şəkildə baş verir və bundan sonra da davam edəcək”, – mer vurğulayıb.

//Samir Qurbanov, Editor.az