Ukrayna Milli Polisinin strateji araşdırmalar şöbəsinin rəhbəri Andrey Rubel bildirib ki, Ukrayna polisi Rusiya ilə bağlı 38 milyard qrivna (təxminən 1 milyard dollar) dəyərində aktivlərə həbs qoyub.
Onun sözlərinə görə, bütün aktivlər “Ukraynanın xeyrinə və ehtiyaclarına, o cümlədən hərbi aktivlər işləyir. Xüsusən, bir “Bell-427” helikopteri, bir “Gulfstream G650” təyyarəsi, 47 yük maşını, 55 minik avtomobili və üç düzbucaqlı yarımqoşqu müdafiəçilərimizə təhvil verilib”, – deyə Rubel RBC-Ukraynaya müsahibəsində bildirib.
O, aydınlaşdırıb ki, Rusiya aktivlərinin həcmini qiymətləndirmək çətindir, çünki 2014-cü ildən Ukraynanın bütün iri biznesləri birbaşa və ya dolayı yolla ruslarla bağlıdır.
//Samir Qurbanov, Editor.az

