Ukrayna, Polşa, Estoniya, Litva və Latviya birgə əməkdaşlıq haqqında bəyanat imzalayıbbackend

Ukrayna, Polşa, Estoniya, Litva və Latviya birgə əməkdaşlıq haqqında bəyanat imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna, Polşa, Estoniya, Litva və Latviyanın daxili işlər nazirləri əməkdaşlıq haqqında birgə bəyanat imzalayıblar. İmzalanma mərasimi Ukraynanın paytaxtı Kiyev vilayətinin Qostomel şəhərindəki Antonov hava limanında keçirilib.

Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, mərasimdə Ukraynanın daxili işlər naziri Denis Monastirski, Polşanın daxili işlər naziri Mariuş Kaminski, Estoniyanın daxili işlər naziri Kristian Yaan, Litvanın daxili işlər naziri Aqne Bilotaite və Latviyanın daxili işlər naziri Mariya Qolubeva iştirak ediblər.

“Bu bəyanata rus əsgərləri tərəfindən törədilən hərbi cinayətlərin araşdırılması, minaların təmizlənməsi, xaricdəki ukraynalı mühacirlərin müdafiəsi, yaralı əsgərlərin müalicəsi daxildir”, – Monastirski bildirib.

Monastirski Ukrayna Daxili İşlər Nazirliyinin nəzdində Humanitar Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Koordinasiya Mərkəzinin yaradıldığı barədə məlumat paylaşıb.

Polşa daxili işlər naziri Kaminski də Ukrayna xalqını dəstəklədiklərini ifadə edib:” Rus hücumlarının əvvəlindən Ukraynanın yanındayıq və qələbəyə qədər də yanında olacağıq”.

Latviyanın daxili işlər naziri Qolubeva Rusiyanın Ukraynanın şəhərlərini dağıtmağa çalışdığını və Ukrayna xalqına dəstəyi davam etdirəcəklərini dilə gətirib.

Mərasimdən sonra Antonov hava limanında toqquşmalarda iştirak edən əsgərlər mükafatlandırılıb.

//Gülnarə Abasova, Editor.az