Ukrayna, Polşa və Britaniyanın yaratdığı ittifaqa Rusiyadan REAKSİYAbackend

Ukrayna, Polşa və Britaniyanın yaratdığı ittifaqa Rusiyadan REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya, Polşa və Ukraynanın üçtərəfli ittifaqı bir anlıqdır, çünki bu ölkələrin maraqlarına cavab vermir.

Bu barədə Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib:

“Bunlar hamısı o qədər sünidir ki. Böyük Britaniya, Polşa və Ukrayna arasında qarşılıqlı əlaqənin əsas – iqtisadi bünövrəsini görmürəm. Onun üzərində başqa siyasi əlaqələr, o cümlədən hərbi əlaqələr qurmaq olar”.

Onun sözlərinə görə, “xüsusən də digər Avropa dövlətlərinin başçıları üzərində istənilən üçtərəfli ittifaqları elan etmək olar”.

“Ancaq mənə elə gəlir ki, bu, elə bir anlıq, konyunktur, təhlükəsizlik ehtiyaclarına cavab verməyən quruluşdur. O, bir müddət ağıllarda qalacaq, amma çox qalmayacaq”, – Kelin bildirib.

Mənbə: RİA Novosti