Ukrayna Polşaya kənd təsərrüfatı məhsullarının ixracını dayandırdığını açıqlayıbbackend

Ukrayna Polşaya kənd təsərrüfatı məhsullarının ixracını dayandırdığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il yanvarın 1-dən etibarən Ukrayna kənd təsərrüfatı məhsullarının birbaşa Polşaya ixracını dayandırıb.

Editor.az “TASS”a istinadla xəbər verir ki, bunu Ukraynanın kənd təsərrüfatı siyasəti və ərzaq nazirinin birinci müavini Taras Vısotski deyib. Nazir müavininin sözlərinə görə, Ukrayna 2023-cü ilin sentyabrında buğda, qarğıdalı, günəbaxan və kolzanın ixracı üçün ixrac məhdudiyyətləri tətbiq edib və lisenziyalar yaradıb.

“2024-cü il yanvarın 1-dən bu günə qədər olan məlumatlara nəzər saldıqda Polşaya buğda, günəbaxan, qarğıdalı və kolza ixrac edilməyib”, – Vısotski bildirib. Onun sözlərinə görə, Kiyev Varşava ilə görüşməyə və ixrac lisenziyasını 2024-cü ilin sonuna qədər uzatmağa hazırdır. O, həmçinin polşalı fermerlərin Polşaya Ukraynadan gətirilən kənd təsərrüfatı məhsulları ilə həddən artıq yükləndiyinə dair etiraz sözlərini mif adlandırıb.

Fevralın 21-də Polşanın Kənd Təsərrüfatı və Ərzaq nazirinin müavini Mişal Kolodziejçak bəyan edib ki, Varşava Ukraynadan idxala yeni məhdudiyyətlər qoymağa hazırdır.

//Gülnarə Abasova, Editor.az