Vaşinqtonda Prezident Aparatının rəhbəri Andrey Yermakın başçılıq etdiyi Ukrayna nümayəndə heyəti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının nümayəndələri ilə danışıqlar aparıb.
Editor.az bildirir ki, bu barədə dekabrın 5-də mənbəyə istinadən “Reuters” agentliyi məlumat yayıb. Görüşdə prezidentin gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals və Tramp tərəfindən Rusiyanın Ukraynadakı müharibəsi üzrə xüsusi elçi vəzifəsinə namizədliyi irəli sürülən Keyt Kelloq iştirak edib. Mənbə mümkün danışıqların təfərrüatlarını açıqlamayıb.
Agentlik qeyd edir ki, Ukrayna davam edən Rusiya təcavüzü ilə mübarizədə gələcək Tramp komandasından dəstək axtarır. “The Wall Street Journal” yazır ki, Ermak Tramp dövründə Ağ Evin aparat rəhbəri olacaq Susie Viles ilə də görüşüb. Nəşr qeyd edir ki, Vaşinqtonda keçirilən görüşlərdə onlar davamlı sülhə nail olmaqdan danışıblar, çünki “qeyri-sabit, müvəqqəti sülh nə ABŞ-ın, nə də Ukraynanın maraqlarına xidmət etmir”.
//Samir Qurbanov, Editor.az