Ukrayna Prezident Ofisindən kadr dəyişikliklərinə REAKSİYAbackend

Ukrayna Prezident Ofisindən kadr dəyişikliklərinə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak ölkə Prezidenti Volodimir Zelenskinin kadr dəyişikliyi ilə bağlı məsələyə münasibət bildirib.

Bu barədə o, özünün “Twitter” hesabında yazıb:

“Zelenskinin kadr qərarları dövlətin əsas prioritetlərindən xəbər verir… Müharibə zamanı hər kəs öz məsuliyyətini dərk etməlidir. Prezident cəmiyyəti görür və eşidir. Və o, birbaşa əsas ictimai tələbə cavab verir – hamı üçün ədalət…”

Qeyd edək ki, bu gün Ukrayna müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Vyaçeslav Şapovalov, Ukrayna Baş prokurorun müavini Aleksey Simonenko və Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko vəzifələrindən azad ediliblər.