Ukrayna Prezident Aparatında seçkilərə hazırlıqla bağlı müşavirə olmayıb.
Editor.az xəbər verir ki, bu barədə “Xalqın xidmətçisi” fraksiyasının sədri Devid Araxamiya “Suspilnı”ya verdiyi şərhdə bildirib. O, belə bir görüşdə iştirak etmədiyini qeyd edib və belə bir görüşün “ümumiyyətlə baş tutmadığını” bildirib. “Heç bir seçki hazırlanmır, heç bir hazırlıq görülmür.
Parlament partiyaları və qrupları razılığa gəliblər ki, seçkilər hərbi vəziyyətin ləğvindən 6 ay sonra keçirilməlidir. Və prinsipcə, bizim mövqeyimiz dəyişməyib”, – Araxamiya izah edib.
//Samir Qurbanov, Editor.az