Ukrayna Prezidenti Ermənistana niyə gedir?- “Bu səfər Qərb tərəfindən planlaşdırılıb”backend

Ukrayna Prezidenti Ermənistana niyə gedir?– “Bu səfər Qərb tərəfindən planlaşdırılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Volodimir Zelenskinin Ermənistana səfər etməsi heç şübhəsiz ki, Rusiya – Ermənistan münasibətlərinə mənfi təsir göstərəcək. Amma bu fakta qədər Rusiya-Ermənistan münasibətləri heç də fəxr ediləsi səviyyədə deyildi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Ukrayna Prezidentinin səfəri Ermənistanın son günlər Rusiyaya qarşı atdığı addımların fonunda elə də ciddi hadisə deyil:

“Amma Rusiya Prezidenti Vladimir Putinin Ermənistan səfərinə moratorium qoyulması ərəfəsində Ukrayna Prezidentinin səfərinin psixoloji aspektləri var və bu səfər məhz bu aspektdən qiymətləndirilməlidir. Putin Ermənistana gələ bilmir, yəni onun Ermənistanda həbs edilmək təhlükəsi var. Amma onun düşməni Zelenski üçün bu ölkənin qapıları açıqdır. Bu səfərin Rusiya-Ukrayna müharibəsinə ciddi təsir edəcəyini də gözləmək mümkün deyil. Çünki Ermənistan bu gün Ukraynaya heç bir formada yardım etmək imkanlarına malik ölkə deyil. Zelenskinin səfəri Nikol Paşinyana Qərbdə olan ağalarının yanında müəyyən dividendlər gətirə bilər. Bununla o, Fransa və Amerika ilə nə qədər yaxın olmasını nümayiş etdirmək istəyir. Yəni, Zelenskinin səfəri elə məhz Qərb tərəfindən planlaşdırılan bir addımdır. Bu, eyni zamanda, Ermənistanın Rusiyanın təsir dairəsindən daha sürətlə qopmasına hesablanıb. Ermənistan və ya Paşinyan Rusiya ilə münasibətdə geri dönüşü olmayan gedişlər edir. Yəni, erməni baş nazir addımından sonra bütün körpüləri yandırır.

Azərbaycana gəlincə o, öz siyasətini Qərbin diktəsi ilə həyata keçirtmir və mənafelərinin tələb etdiyi siyasi addımlar atır. Bu gün Zelenskinin Azərbaycana səfər etməsi onun xarici siyasəti baxımdan zəruridirmi? Düşünürəm ki, deyil. Əgər sabah belə zərurət yaranarsa,Zelenski və digər Ukrayna Prezidenti buraya səfər edəcək. Hələlik isə tarazlığın qorunması daha məqsədəuyğundur”.

//Gülnarə Abasova, Editor.az