Avropa Komissiyasının sədri Ursula Fon Der Leyenlə Ukrayna prezidenti Volodimir Zelenski arasında video formatda görüş baş tutub.
Editor.az Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə komissiyanın sədri öz sosial şəbəkə hesabında məlumat verib.
“Mən bu gün cənab Zelenskini əmin etdim ki, Avropa sona qədər sizin yanınızdadır. Ukraynanın Avropa yolu yeni başlayıb. İrəli getmək bir qədər çətin və səbr tələb edən prosesdir. Eyni zamanda, Ukraynaya ediləcək 1.2 milyardlıq yardımın ikinci hissəsi olan 300 milyon avronun ödənilməsi barədə məlumat verdim. Ukraynanın cəsur xalqına indi bu pul lazımdır. Bu mənasız müharibə davam etdikcə ölkənin maliyyə vəziyyətini düzəltmək üçün yardımlarımızı davam etdirəcəyik”- Leyen bildirib.
//Editor.az

