Ukrayna Prezidenti Volodimir Zelenski Krım Muxtar Respublikasının inzibati-ərazi strukturunun sadələşdirilməsi haqqında qanunu imzalayıb.
Editor.az bildirir ki, bu barədə Ukrayna prezidentinin Krım Muxtar Respublikasındakı nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb. Qanunun qüvvəyə minməsindən sonra – rəsmi dərc edildiyi gündən sonra 2016 və 2020-ci illərdə Krım Muxtar Respublikasının dekommunizasiyası və yeni regional bölməsinin tətbiqi ilə bağlı Parlamentin qəbul etdiyi qərarlar qüvvəyə minəcək.
Bununla bağlı qanunda Ukrayna Nazirlər Kabinetinə bir ay müddətində Krım Muxtar Respublikasında işğaldan azad edildikdən sonra dövlət hakimiyyətinin bərpasının xüsusiyyətləri haqqında qanun layihəsində rayon icmalarının ərazilərini və inzibati mərkəzlərini müəyyən etmək, üç ay müddətində isə yeni rayonların rayon dövlət administrasiyalarını yaradıb parlamentə təqdim etmək tapşırılıb.
Qanunun əsas məqsədi yarımadanın işğaldan azad edilməsi üçün zəmin hazırlamaqdır, çünki hərbi və hərbi-mülki idarələr ilk növbədə ərazi icmalarının ərazisində fəaliyyət göstərmək üçün yaradılır.
//Samir Qurbanov, Editor.az