Ukrayna prezidenti: Rusiya nefti tamamilə boykot edilməlidirbackend

Ukrayna prezidenti: Rusiya nefti tamamilə boykot edilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı iqtisadi embarqoları alqışlayıb və bunun hələ də tam yetərli olmadığını bildirib.

Editor.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, Zelenski son videomüraciətində Qərbi daha bir addım atmağa və Rusiya neftindən istifadəni boykot etməyə çağırıb.

Zelenskinin sözlərinə görə, embarqo ilə bağlı razılığa gəlməmək Ukrayna xalqının həyatına başa gəlib.

Rusiya dünyanın üçüncü ən böyük neft ixracatçısıdır və satışlarının yarıdan çoxunu Avropaya həyata keçirir. Rusiya nefti Böyük Britaniyada neft tələbatının 8%-ni, ABŞ-da isə 3%-ni ödəyir. Ukrayna lideri deyib ki, Moskva neft ixracından o qədər pul qazanır ki, onun sülh danışıqlarına ciddi yanaşmağa ehtiyacı yoxdur.

Zelenski əlavə edib ki, o, Rusiya banklarının beynəlxalq maliyyə sistemindən tamamilə çıxarılmasında israr etməyə davam edəcək.

//Gülnarə Abasova, Editor.az