Ukrayna prezidenti Volodimir Zelenski paylaşdığı ənənəvi videomüraciətində Rusiyaya qarşı davam edən müharibədə daha çox dəstək almaq üçün bəzi ölkələrin liderləri ilə telefonla danışdığını bildirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, Zelenski gün ərzində Kanada, Böyük Britaniya, Hollandiya və Norveçin baş nazirləri ilə telefon danışığı edib.
Rusiyanın ölkəsinə qarşı yeni mümkün hücumlara hazırlaşdığını bildirən Zelenski belə davam edib:
“Bu, tərəfdaşlarımızla birlikdə müdafiəmizi gücləndirməli olduğumuz andır. Rusiya Ukraynaya qarşı yeni səfərbərliyə hazırlaşır.
Bu ssenarini pozmalıyıq. Terrorçular uduzmalıdırlar. Onların yeni hücumu uğursuzluqla nəticələnməlidir”.
//Safura Bənnayeva, Editor.az

