Ukrayna PUA-ları Bryansk səmasındabackend

Ukrayna PUA-ları Bryansk səmasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Ukraynaya məxsus olduğu iddia edilən pilotsuz təyyarələrin bir neçə bölgədə vurulduğunu açıqlayıb.

Editor.az bildirir ki, bu barədə o, Telegram-da yazıb. “Kiyev rejiminin PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alındı”. Təyyarə tipli pilotsuz uçuş aparatının “Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən Poqarski rayonu ərazisində məhv edildiyi” iddia edilir.

Səhər saat 5:52-də Boqomaz bildirib ki, “Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən Poqarski rayonu və Starodubski bələdiyyə rayonu üzərində daha iki təyyarə tipli pilotsuz uçuş aparatı məhv edilib”.

//Samir Qurbanov, Editor.az