Ukrayna PUA-ları Kaluqada, Tulada, Rostovda…backend

Ukrayna PUA-ları Kaluqada, Tulada, Rostovda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya məxsus pilotsuz təyyarə Kaluqa şəhərinin kənarındakı nasos stansiyasının texniki strukturu üzərində partlayıb və bina zədələnib.

Editor.az bildirir ki, bu ba barədə Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa məlumat verib. Rusiya Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, yanvarın 11-nə keçən gecə Rostov və Tula vilayətləri üzərində səmada hava hücumundan müdafiə sistemləri tərəfindən pilotsuz təyyarələr də vurulub. “Partlayış nəticəsində binaya ziyan dəyib.

Yanğın və xəsarət alan olmayıb. Hadisə yerində əməliyyat qrupları işləyir”, – deyə Şapşa Telegram kanalında yazıb. Bu gün, yanvarın 11-də Rostov vilayətinin qubernatoru Vasili Qolubev vilayətin Kamenski rayonu üzərində səmada Ukraynaya məxsus iki PUA-nın məhv edildiyini bildirib.

Onun sözlərinə görə, pilotsuz təyyarənin dağıntılarının düşməsi nəticəsində ölən olmayıb.

//Samir Qurbanov, Editor.az