Rusiya ordusu sentyabrın 22-nə keçən gecə Krıma və Krasnodar diyarına hücum etmək istəyən Ukraynaya məxsus pilotsuz təyyarələri vurduqlarını bildiriblər.
Editor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram-da yazıb.
“Gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb”.
Bildirilir ki, hava hücumundan müdafiə qüvvələri Krımın cənub-şərq sahilləri yaxınlığında və Krasnodar diyarının Tuapse bölgəsində Qara dəniz üzərində iki “Ukrayna pilotsuz uçan aparatı”nı məhv edib.
//Samir Qurbanov, Editor.az

