Rostov və Belqorod vilayətləri üzərində iki pilotsuz təyyarə vurulub.
Editor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram-da məlumat yayıb.
İddialara görə, Ukrayna dekabrın 27-nə keçən gecə təyyarə tipli PUA ilə Rusiya Federasiyası ərazisindəki obyektlərə hücum etməyə cəhd edib. Tələfat və dağıntılar barədə məlumat verilmir.
Qubernator Vasili Qolubev daha əvvəl Rostov vilayəti üzərində pilotsuz təyyarənin məhv edilməsi barədə məlumat vermişdi.
O, həmçinin itkilər və dağıntılar barədə məlumat verməyib. Sonuncu dəfə dekabrın 17-də Rostov vilayətində vurulan pilotsuz təyyarələr barədə məlumat verilib. Sonra, vilayət rəhbərinin verdiyi məlumata görə, hava hücumundan müdafiə sistemləri Morozovsk və Kamensk bölgələrində “təyyarə tipli dronların kütləvi hücumunu” dəf edib.
Belqorod vilayəti mütəmadi olaraq Ukraynadan hücumlara məruz qalır. Belə ki, bir gün əvvəl, dekabrın 26-da Qrayvoronski şəhər dairəsinin bir neçə yaşayış məntəqəsi atəşə tutulub.
//Samir Qurbanov, Editor.az