Ukrayna PUA-ları rusların yuxusunu qaçırdıbbackend

Ukrayna PUA-ları rusların yuxusunu qaçırdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

RF Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov PUA-nın Belqorod və Proxorovka kəndinə hücumları barədə məlumat verib.

Onun sözlərinə görə, xəsarət alan olmayıb. Belqoroda zərbə endirmək cəhdi zamanı dağıntıların düşməsi nəticəsində quru otlaq sahədə yanğın baş verib və o, söndürülüb. Bir fərdi evdə pəncərələr sındırılıb. Proxorovkada iki pilotsuz təyyarə biri yaşayış olmayan iki fərdi evə ziyan vurub.

Kursk vilayətinin qubernatoru Roman Starovoit gecə saatlarında Kursk və Kursk vilayəti üzərində hava hücumundan müdafiə sistemlərinin işlədiyini bildirib. Hava hücumu xəbərdarlığı təxminən saat 6:15-də ləğv edilib.

Rusiya regionları son günlər irimiqyaslı pilotsuz təyyarə zərbələrinə məruz qalır. Belə ki, martın 13-nə keçən gecə altı rayonda 58 PUA vurulub. Ryazan vilayətində hücuma görə yerli neft emalı zavodunda yanğın baş verib. İki nəfər xəsarət alıb.

//Samir Qurbanov, Editor.az