Noyabrın 27-nə keçən gecə Rusiyadakı Smolensk Aviasiya Zavodu Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
Editor.az bildirir ki, bu barədə “RBC-Ukrayna” xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən xəbər verir.
Onların yazdığına görə, Smolensk vilayətində baş verən partlayışlara səbəb Ukrayna hərbçiləri tərəfindən buraxılan pilotsuz təyyarələr olub. “Uğurlu əməliyyat oldu, hədəflər vuruldu”, – deyə mənbə jurnalistlərə bildirib.
Nəşr qeyd edir ki, əməliyyatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi həyata keçirib.
Qeyd edək ki, noyabrın 26-da “Baza” Smolensk vilayətinə hücum barədə məlumat yayıb. Məlumata görə, partlayışlar səhər saatlarında ən azı iki pilotsuz təyyarə zavoda doğru uçarkən baş verib. Biri vuruldu, ikincisi isə elektron müharibə ilə yatırılaraq zavodun sexlərindən birinin damına düşdü və partladı, Rusiyanın Teleqram kanalı yazır.
Oktyabr ayında Baş Kəşfiyyat İdarəsi də kəşfiyyat məlumatlarına görə, “X-59”raketlərinin istehsal edildiyi Smolensk vilayətindəki təyyarə zavoduna hücumlar barədə məlumat verib: “Oktyabrın 1-də Smolensk Aviasiya Zavoduna endirilmiş zərbə nəticəsində müxtəlif modifikasiyalı “X-59” raketlərinin istehsalı prosesi pozulub”, – deyə xüsusi xidmətdən bildirilib.
//Samir Qurbanov, Editor.az

