Ukrayna qan içində, ruslar və beloruslar isə bayram edirbackend

Ukrayna qan içində, ruslar və beloruslar isə bayram edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Duması Federasiya Şurasının sədri Valentina Matvienko aprelin 2-də qeyd olunan Rusiya və Belarus Xalqlarının Birlik Gününün qeyri-iş günü elan olunması təşəbbüsü ilə çıxış edib.

Federasiya Şurasının spikeri hesab edir ki, bu bayram “Rusiya Günü” və “Milli Birlik Günü” kimi bayramlarla bir sırada dayanmağa layiqdir.

Bu barədə Editor.az Rusiya mənbələrinə istinadən məlumat verir. Matvienko deyib: “Yanımızda sadəcə tərəfdaş deyil, həmişə etibar edə biləcəyiniz dost olduğunu indi biz xüsusi olaraq yüksək qiymətləndiririk. Hesab edirəm ki, Belarus və Rusiya Xalqlarının Birlik Günü təqvimdə təkcə bayram kimi deyil, həm də qeyri-iş günü kimi yer almağa layiqdir”.

Federasiya Şurasının sədr müavini, Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev bu ideyanın “gözəl” olduğunu qeyd edərək, “hər ikiölkədə rezonans doğuracağına” inanır. “Mən şəxsən onun tezliklə həyata keçirilməsinin tərəfdarıyam, məsələn, niyə gələn ildən olmasın?”- deyə Kosaçev bildirib.

Editor.az