Ukrayna Qərbdən 300 reaktiv yaylım atəşi sistemi, 500 tank və min haubitsa istəyirbackend

Ukrayna Qərbdən 300 reaktiv yaylım atəşi sistemi, 500 tank və min haubitsa istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna çərşənbə günü keçiriləcək kritik görüşdən əvvəl Qərb ölkələrindən 300 reaktiv yaylım atəşi sistemi, 500 tank və min haubitsa tələb edib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mikaylo Podolyak “twitter” də paylaşım edib.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, bu rəqəmlər ABŞ və İngiltərənin öhdəsinə götürdüyü raket sistemlərinin sayından qat-qat çox, ABŞ-ın çoxşaxəli raket sistemlərinin sayının təxminən yarısıdır. Podolyakın tam siyahısında min haubitsa da var. Bu, NATO-nun indiyədək Kiyevə verdiyi haubitsaların sayından bir neçə dəfə çoxdur. Kiyev rəsmisinin siyahısına 500 tank, həmçinin 2000 zirehli maşın və 1000 pilotsuz təyyarə daxildir.

Qeyd edək ki, çərşənbə günü NATO ölkələrinin müdafiə nazirləri Brüsseldə görüşəcək və Ukraynaya kömək edəcək.

//Gülnarə Abasova, Editor.az