Ukrayna “qeyri-mümkün” seçim qarşısındadır – vətəndaşların həyatını xilas etmək üçün ərazini vermək və ya əsgərləri qurban verməklə ərazi uğrunda döyüşmək.
Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” yazıb. Ukrayna liderləri deyirlər ki, ərazinin hər qarışı döyüşməyə dəyər, lakin onların ordusu keçən il uğursuz əks-hücumdan sonra tükənib və son dərəcə ehtiyac duyulan əlavə yardım paketi Konqresdə ilişib qalıb.
Böyük orduya və inkişaf edən hərbi iqtisadiyyata malik Rusiya təzyiq göstərir” nəşr bildirir. Müəlliflər qeyd edirlər ki, bu il Ukrayna yalnız özünü müdafiə etməli olacaq, təcavüzkarın hərbi üstünlüyü qarşısında ərazi itkilərini məhdudlaşdırmağa çalışacaq.
Eyni zamanda, artıq Rusiya tərəfindən işğal olunmuş ərazilərin qaytarılması “incə hesablama” tələb edən və bu ərazilərin dəyərinin Ukrayna resurslarının məhdudiyyətləri, insan həyatı və cəmiyyətin mənəvi durumu ilə ölçülməsini tələb edən problemdir. WSJ qeyd edir ki, Rusiyanın Avdeyevkaya amansız hücumları, böyük itkilərə baxmayaraq, Moskvanın Ukraynanı tabe etmək əzmini nümayiş etdirdi. Şiddətli sursat çatışmazlığı fonunda Ukrayna ordusu da iki il ardıcıl döyüşən taqətdən düşmüş əsgərləri əvəz etmək üçün yeni çağırışçı çatışmazlığı ilə üzləşib.
Nəşrin müəllifləri qeyd edirlər ki, dövlət rəhbərliyi səfərbərliyi davam etdirməyə cəsarət etmir, çünki bu, siyasi baxımdan həssas qərardır.
//Samir Qurbanov, Editor.az

