Ukrayna qoşunları Baxmutun yarısına nəzarəti bərpa edib – Müharibə Tədqiqat İnstitutu (ISW)backend

Ukrayna qoşunları Baxmutun yarısına nəzarəti bərpa edib – Müharibə Tədqiqat İnstitutu (ISW)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qoşunlarının Baxmut istiqamətində qismən uğurları var. Onlar rus qoşunlarını Baxmutun cənubundakı mövqelərdən çıxarıblar.

Editor.az bildirir ki, bu baarədə Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat verib. Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Oleksandr Sırski bildirib ki, ukraynalı müdafiəçilər Baxmut bölgəsində mövqelərini bərpa edir.

Sentyabrın 5-də və 6-da rusiyalı hərbi bloqçu iddia etmişdi ki, Ukrayna qüvvələri son üç gündə Klişçievkada irəliləyib və hazırda şəhərin yarısına nəzarət edir.

Rusiyanın digər mənbələri isə Kleşçievka ərazisində üzbəüz və mövqe döyüşlərinin davam etdiyini iddia ediblər. Rusiya Müdafiə Nazirliyi Ukrayna əsgərlərinin Klişçievkanın şimal-qərbində Rusiya quru xətlərini pozduqlarını bildirib.

//Samir Qurbanov, Editor.az