Çerniqova yaxınlaşarkən Ukrayna hərbçiləri müdafiəni tutaraq rus qoşunlarının hücumunu dəf etməyə müvəffəq oldular.
Editor.az-ın UNIAN-a istinadən verdiyi məlumata görə, bu harədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı öz Facebook səhifəsində məlumat yayıb.
“Düşmən texnikası Çerniqovdan Sednev istiqamətində və Qorodnyadan Semenovkaya çəkilməyə məcbur oldu. Düşmən kubokları rusların şəxsi məlumatları olan avadanlıq və sənədlər şəklində ələ keçirildi”, – onun paylaşımında deyilir.


