Ukraynada müharibənin sona çatdırılması prezident Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında birbaşa görüş olmadan mümkün deyil.
Editor.az xəbər verir ki, bu barədə Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü, deputat Fedor Venislavski “Radio NV”-yə açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, Vaşinqtonda Zelenski ilə Donald Trampın görüşü zamanı Avropa liderlərinin iştirakı göstərdi ki, gələcək danışıqlarda Avropa dövlətlərinin nümayəndələri də mütləq iştirak etməlidirlər.
Venislavski həmçinin vurğulayıb ki, Ukrayna hakimiyyətinin Rusiya ilə mümkün birbaşa danışıqlara münasibətindəki dəyişiklik real sülh yollarının axtarışı ilə bağlıdır.
//Samir Qurbanov, Editor.az

