Ukrayna rekord sürətlə xaricə taxıl ixrac edirbackend

Ukrayna rekord sürətlə xaricə taxıl ixrac edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna rekord sürətlə xaricə taxıl ixrac edir: fevral-may aylarında ixrac 5 milyon tonu çox ötüb. Bu, son altı ildə ilk dəfədir ki, baş verir.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Gömrük və Kənd Təsərrüfatı Nazirliyi məlumat verir. Qurum 2024-cü ilin fevral-may aylarında Ukrayna şirkətlərinin xaricə 22,2 milyon ton qarğıdalı, buğda və arpa ixrac etdiyini, yəni ayda orta hesabla 5,56 milyon ton olduğunu açıqlayıb. Eyni zamanda, ötən altı ilin bu aylarında respublika orta hesabla 14,7 milyon ton taxıl ixrac edib. 2022-ci ilin fevralında Rusiyanın xüsusi hərbi əməliyyatına başlamazdan əvvəlki dövrü nəzərə alsaq, bu rəqəm 15,7 milyon ton olacaq.

Gömrük məlumatları göstərir ki, yanvar-aprel aylarında Ukrayna taxılının əsas alıcısı İspaniya olub – bu ölkənin payına bütün buğdanın demək olar ki, üçdə biri və qarğıdalının beşdə biri düşür. Üstəlik, 2023-cü ildə bu taxılın əsas idxalçıları Çin (qarğıdalı) və Türkiyə (buğda) olub.

//Gülnarə Abasova, Editor.az