Ukrayna: “Rusiya 15 “Şahad” tipli PUA və 8 “Kalibr” raketi ilə hücuma keçib”backend

Ukrayna: “Rusiya 15 “Şahad” tipli PUA və 8 “Kalibr” raketi ilə hücuma keçib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın 15 “Şahad” tipli pilotsuz uçuş aparatı (PUA) və 8 “Kalibr” raketi ilə Ukraynaya hücum etdiyini bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, komandanlığın verdiyi açıqlamaya görə, ötən gecə Rusiya pilotsuz təyyarələr və “Kalibr” raketləri ilə Ukrayna ərazisinə bir neçə hücum həyata keçirib.

Açıqlamaya görə, hava hədəflərinin vurulması üçün zenit idarəolunan raketlərdən və yaxın mühafizə bölmələrinin atıcı silahlarından istifadə edilib. Bildirilib ki, Odessa şəhərinin zenit döyüşü nəticəsində raket və PUA hissələrinin düşdüyü bir neçə bölgədə yanğın baş verib, hadisə yerində axtarış-xilasetmə qrupları işləyir.

//Safura Bənnayeva, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!