Ukrayna : “Rusiya 36 PUA ilə hücuma keçib”backend

Ukrayna : “Rusiya 36 PUA ilə hücuma keçib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 10-na keçən gecə Rusiya silahlı qüvvələri “ Şahed-136/131” tipli kamikadze dronlardan istifadə edərək Ukraynaya hücum edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər hesabatında məlumat verib.

“Bu gecə Rusiya Federasiyası “Şahed-136/131″ tipli 36 hücum PUA-dan istifadə etməklə Ukraynaya növbəti hava zərbəsi endirib. Hava hücumundan müdafiə qüvvələri və vasitələri rusların 26 Şahedini məhv edib”, – məlumatda deyilir.

//Safura Bənnayeva, Editor.az