Ukrayna: “Rusiya 44 PUA ilə hücuma keçib”backend

Ukrayna: “Rusiya 44 PUA ilə hücuma keçib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sentyabrın 28-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynaya cənub-şərqdən 44 “Şahed” PUA-sı ilə hücuma keçib. Bir sıra ərazilərdə hava hücumu xəbərdarlığı səsləndirilib”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat verib. Açıqlamada hava hücumundan müdafiə qüvvələri tərəfindən 34 “Şahed”in məhv edildiyi vurğulanıb.

“Hücumun dəf edilməsinə qırıcı təyyarələr və zenit-raket bölmələri cəlb olunub”, – deyə açıqlamada qeyd edilib.

//Safura Bənnayeva,  Editor.az