Ukrayna Rusiya aktivlərindən əldə olunan gəlirlər üçün Aİ-dən daha 5 milyard avro tələb edirbackend

Ukrayna Rusiya aktivlərindən əldə olunan gəlirlər üçün Aİ-dən daha 5 milyard avro tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Avropa İttifaqından Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən əlavə 5 milyard avro tələb edir.

Editor.az bu barədə “Politico”ya istinadla məlumat verir. Avropadakı Rusiya aktivlərinin böyük əksəriyyətinə sahib olan Euroclear-a investisiyalarından əldə etdiyi gəlirləri Ukraynaya göndərmək əvəzinə 2022 və 2023-cü illərdə saxlamağa icazə verilib. Ukraynayönlü lobbi qrupunun nümayəndəsi Yelena Qaluşka nəşrə bildirib ki, bu iki ildə 5 milyard avro gəlir. Bununla belə, Avropa Komissiyası hələ də Rusiya Federasiyasının 2024-cü il fevralın 15-dən sonra əldə etdiyi dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90%-nin istifadəsini təklif edib.

//Gülnarə Abasova, Editor.az