“Rusiya hərbi qruplarını xeyli gücləndirərək Donetsk vilayətinin Baxmut şəhəri ərazisində aktiv əməliyyatlara başlayıblar”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna quru qoşunlarının komandanı general Aleksandr Sırski Telegram hesabında qeyd edib.
“Şərq cəbhəsində vəziyyət ağırdır. Ruslar uğur qazanmağa və mövqelərimizə hər gün hücum etməyə davam edirlər. Silahlı qüvvələr Kupyansk bölgəsində xüsusi fəallıq göstərir, eyni vaxtda bir neçə istiqamətdə irəliləməyə çalışırlar”,- deyə general qeyd edib.
Onun sözlərinə görə, ruslar Ukrayna Silahlı Qüvvələrinin oradakı irəliləyişini dayandırmağa və desant bölmələrindən istifadə etməklə itirilmiş mövqeni bərpa etməyə çalışırlar.
//Safura Bənnayeva, Editor.az

