Ukrayna-Rusiya BÖHRANI: Rusiya Ukraynaya qarşı informasiya müharibəsi aparır?backend

Ukrayna-Rusiya BÖHRANI: Rusiya Ukraynaya qarşı informasiya müharibəsi aparır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya müdaxilə ehtimalı qalmaqdadır. Qərb ölkələri bu hücumun hər an başlaya biləcəyini bildirsə də Ukrayna onları Rusiya rəsmiləri ilə görüşə dəvət edib. Ekspertlərin fikrincə, gərginliyin mediada necə əks olunmasına Rusiya nəzarət edir.

Maraqlıdır, Rusiya mediasının proqnozları nə dərəcədə doğrudur? O, Ukraynaya qarşı informasiya müharibəsinə başlayır?

Editor.az xəbər verir ki, əksər siyasi ekspertlər bildirirlər ki, Rusiya mətbuatı Ukraynanı dünyaya mənfi şəkildə təqdim edir və təsdiqlənməmiş məlumatlar verir. 2014-cü ildə Rusiyanın dövlət televiziya kanalları Ukrayna əsgərlərinin üç yaşlı uşağı öldürdüyünü iddia edən bir qaçqını dəfələrlə efirə çıxartmışdı. Lakin qaçqının dedikləri heç vaxt əsaslandırılmayıb və sonradan geri götürülüb. Bu yaxınlarda hökumətyönlü media kanalları da Ukrayna əsgərlərinin Belarusla sərhəddə bir qrup qaçqına atəş açdığını göstərən video paylaşıblar. İnfraqırmızı kamera ilə çəkilmiş bu keyfiyyətsiz video dekabr ayında Facebook-da əsgər hesabında paylaşılıb və sonradan Rusiya mediası tərəfindən yayılıb. Bu hadisədən dərhal sonra məlum olub ki, videonun paylaşıldığı Facebook hesabı və xəbərlərin yer aldığı yerli xəbər kanalı sındırılıb.

Eyni zamanda, Rusiya mediası Ukraynanı nasistyönlü ölkə kimi qələmə verməklə tanınır. Rusiya Xarici İşlər Nazirliyi dekabr ayında sosial media hesabında bir paylaşımda Ukrayna və ABŞ-ın Rusiyanın dəstəklədiyi və nasizmin təriflənməsini pisləyən Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnaməsinin əleyhinə səs verdiyini açıqlamışdı. İki ölkənin qərarı dəstəkləmədiyi barədə məlumat doğru idi. Lakin məlum olub ki, Ukrayna bu qərarın təbliğat olduğunu əsas gətirərək rədd edib, lakin bu detal xəbərlərdə yer almayıb. ABŞ və Ukrayna bəyanatlarından sonra nasizmi pislədiklərini bildiriblər.

//Gülnarə Abasova, Editor.az