Ukrayna Rusiya ərazisini ATACMS-la vurmayacaqbackend

Ukrayna Rusiya ərazisini ATACMS-la vurmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı müdafiəçilərin Rusiya ərazisini vurmaq üçün ABŞ-ın tezliklə Ukraynaya verə biləcəyi uzaqmənzilli ATACMS raketlərindən istifadə etmək niyyəti yoxdur.

Editor.az xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzetinə müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

“Biz onlardan (ATACMS raketləri) Rusiya ərazisində istifadə etməyəcəyik, bu məsələdə tərəfdaşlarımızla razılaşmalarımız var”, – Danilov iddia edib. Onun sözlərinə görə, ATACMS eksklüziv olaraq Ukrayna ərazisini qorumaq üçün istifadə olunacaq.

//Samir Qurbanov, Editor.az